Ali Məqamlı Rəhbər Mədəni İnqilab Ali Şurasının yeni tərkibini müəyyən etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mədəni İnqilab Ali Şurasının yeni mərhələ üçün tərkibinin müəyyən olunması barədə sərəncam imzaladı.


Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Mədəni İnqilab Ali Şurasının hazırkı üzvlərinin səlahiyyət müddətinin başa çatdığını nəzərə alaraq aşağıda adları sadalanan hüquqi və fiziki şəxsləri şuranın yeni mərhələ üçün həqiqi üzləri, Ayətullah Əhməd Cənnəti və Dr. Həsən Həbibini isə fəxri üzləri təyin edirəm:

Hüquqi şəxslər: üçlü hakimiyyət qüvvələrinin başçıları, İslam Mədəniyyəti və İrşadı, Tədqiqat və Texnologiya Elmləri, Səhiyyə və Tibbi Təhsil, Təhsil, İdman və Gənclərlə İş Nazirləri, ölkə başçısının elm və texnologiya məsələləri üzrə müavini, “Səda və sima” Dövlət Teleradiosunun, İslami Təbliğat Komitəsinin,  İslam Mədəniyyəti və Mədəni Əlaqələr Komitəsinin, Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Qurumunun, Tələbə Cihadı Təşkilatının, Mədəni-ictimai Qadın Şurasının, Azad İslam Universitetinin rəhbərləri, parlamentin Mədəniyyət, Təhsil və Elmi Tədqiqat, Səhiyyə Komissiyalarının sədrləri.

Fiziki şəxslər: Höccətül-İslamlar və cənablar:  Dr. Əhməd Əhmədi, Əlirza Ərafi, Həmid Parsaniya, Dr. Qulaməli Həddad Adil, Dr. Rza Davəri, Həsən Rəhimpur, Dr. Əli Şəriətmədari, Əli Əkbər Sadiqi Rəşad, Seyid Əlirza Sədr Hüseyni, Dr. Məhəmmədrza Arif, Mohsen Qumi, Dr. Məhəmmədəli Kəynejad, Dr. Mənsur Kəbkaniyan, Dr. Hüseyn  Kəçuyan, Dr. Mehdi Qolşəni, Dr. Əli Laricani, Mahmud Məhəmmədi Əraqi, Dr. Məhəmmədrza Moxber, Dr. Sadiq Vaizzadə və Dr. Əli Əkbər Vilayəti.

Yeni mərhələ ilə bağlı tövsiyələr sərəncama əlavə edilmiş qoşmada qeyd olunub və şuranın öz fəaliyyətindən onlara ciddi diqqət yetirməsi təkid olunur.

Uca Tanrıdan möhtərəm şura üzvlərinin uğurlarının davamını diləyirəm!

Seyid Əli Xamenei

17 iyun, 2011-ci il

В этом разделе