Ahmed Nejad susqunluğunu pozdu

İran Respublika başçısı Mahmud Ahmedinejad, 12 İyunda keçirilən 10. dövr respublika başçısı seçkisini ''ən sağlam seçki'' olaraq qiymətləndirdi.
   

Ahmedinejad, dövlət televiziyasının birinci kanalındakı ''xalqa sesleniş'' danışmasında, ''seçkilərə yüksək iştiraklarından ötəri xalqa təşəkkür etdi.

Seçkidə üsulsuzluq iddialarının doğru olmadığını bildirən Ahmedinejad, ''şəxsən xalqın nəzarət və icra etdiyi seçkinin olduqca sağlam bir mühitdə keçirildiyini'' söylədi.

''Seçki azad və sağlam bir mühitdə keçirildi'' deyən Ahmedinejad, İran xalqı üçün yeni bir dövrün başladığını qeyd etdi.

Ahmedinejad, bütün gücləriylə xalqın xidmətində olacaqlarını ifadə etdi və bütün olub bitənlərə baxmayaraq əl-ələ verilməsi və birlik çağırışını dedi.

Seçkidə xalqın gücünün qat qat artdığını və bunun beynəlxalq arenada təsirinin hiss ediləcəyini ifadə edən Ahmedinejad, yeni dövrdə daha təsirli bir xarici siyasət izləniləcəyini və ədalətin hakim olması istiqamətində çalışacaqlarını söylədi.


В этом разделе