Pakistanın şimal-qərbində ABŞ-ın pilotsuz təyyarələrinin havadan endirdiyi zərbələr nəticəsində ən azı 13 nəfər ölüb, onlarla insan yaralanıb
APA-nın məlumatına görə, pilotsuz təyyarələr Əfqanıstanla sərhəddə yerləşən Orakzay vilayətinə atdıqları raketlərdən ən azı üçü hədəfə dəyib.
Qeyd edək ki, Orakzay vilayətində qəbilə-tayfa qanunları ilə idarə olunan, lakin mərkəzi hakimiyyəti qəbul edən yeddi mini-dövlət fəaliyyət göstərir. Bunlar Bacaur, Moxmand, Xayber, Kurram, Orakzay, Şimali və Cənubi Vəziristan coğrafi bölgələridir. Taliban qüvvələri son zamanlar yerli qanunvericiliyin hökm sürmədiyi bu bölgələrdə cəmləşməkdədir. Pakistan ordusu ABŞ aviasiyasının dəstəyi ilə bu ərazilərdə genişmiqyaslı əməliyyat keçirir.