ABŞ Milli Araşdırma Şurası ölkənin müdafiə sisteminin İranın uzaqmənzilli raketlərinin zərbələrinə tab gətirməyəcəyini açıqlayıb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təşkilatın hazırladığı hesabatda ABŞ müdafiə sisteminin qəzalı olduğunu, bu baxımdan İranın uzaqmənzilli raketlərinin zərbələrinə davam gətirməyəcəyi qeyd olunub.
Şurada təmsil olunan elm adamları və mütəxəssislərdən ibarət 16 nəfərlik heyət bununla bağlı ABŞ prezidentinə müraciət edib. Onlar Barak Obamaya öz müdafiə strategiyasını dəyişdirməyi və sabiq prezident Corc Buşdan miras aldığı sistemə dönməsini təklif ediblər.