İran rəhbəri ABŞ-da baş verən terror aktına münasibət bildirib
İran İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneyi Bostonda baş verən terror aktından danışıb. 313news.net-in İran mətbuatına istinadlı məlumatına görə, o, Tehranda bir sıra ordu komandirləri ilə keçirdiyi görüşdə ölkəsinin bu hadisəni pislədiyini bildirib. İnqilab rəhbəri bildirib ki, İran günahsız insanları hədəfə alan hər bir terror aktını şəkildə pisləyir: "İstər Boston, istər Əfqanıstan, Pakistan, İraq ya da Suriya. Biz hər formada terrora qarşıyıq və bunu kəskin şəkildə pisləyirik”.
Seyid Xameneyi qeyd edib ki, ABŞ və insan haqlarından danışan digər ölkələr Pakistan, İraq, Əfqanıstan və Suriyada günahsız insanların həlak olmasına susduqları halda, Amerikada baş verən hadisədə bərk səs-küy salırlar.