Yəməndə ölənlərin sayı artıb

Yəmənin Taiz şəhərində qarşıdurmalarda ölənlərin sayı 25-ə çatıb.

İslam-Azeri.az İnternet Qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Yəmənin Taiz şəhərində aksiyaçılarla hökumət qüvvələri arasındakı qarşıdurmalarda ölənlərin sayı 25-ə çatıb.

Terror təşkilatı Əl Qaidəyə bağlı olduğu bildirilən silahlı qrupun nəzarətində olan Zincibarda isə hökümət qüvvələri Əl Qaidənin 30 silahlısını öldürüb.

Amerikanın “Associated Press” agentliyi mənbəyi açıqlamadığı xəbərində Səudiyyə Ərabistanında müalicəsi davam edən Yəmən Dövlət Başçısı Əli Abdullah Salehin səhhətinin daha ağır olduğunu bildirib.

Xəbərdə, Yəmənin Prezident Sarayına cümə günü təşkil edilmiş hücumda Salehin vücudunun 40 faizindən çoxunun yandığı qeyd edilib.

Bu arada isə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillary Klinton, Salehin dərhal istefa verməsinin vacibliyini söyleyib.

Clinton, Fransız həmkarı Alain Juppe ilə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında Yəməndə sabitlik və sülhə söykənən islahatların tərəfdarı olduqlarını dilə gətirib.

 

В этом разделе