Yaponiyada “Bismilləhir Rahmənir Rahim” ayəsinin Zəmzəm suyuna təsiri araşdırıldı

Tokionun Hadu araşdırma mərkəzi “Bismilləhir Rahmənir Rahim” kəlməsinin Zəmzəm suyuna təsirini araşdırıb.

 Hadu araşdırma mərkəzinin rəhbəri Masaru İmutu bu təhqiqatdan qiymətli və heyrətamiz nəticələr əldə etdiyini bəyan edərək, bildirdi: “Bismilləhir Rahmənir Rahim” kəlməsinin Zəmzəm suyuna təsiri təəccüblüdür. Belə ki, bu mübarək kəlməni tilavət edən zaman suyun üzərində gözəl köpüklər əmələ gəlir".

Bu yapon təhqiqatçısı əlavə olaraq qeyd etdi: "Zəmzəm suyu üzərində aparılan təcrübə zamanı suyun kənarında olan Qurani-Kərimin tilavət olunması ilə suyun üzərində gözəl və rəmz bildirən köpüklər əmələ gəlirdi. Bu suyun özünəməxsus xüsusiyyətləri vardır ki, başqa sularda bu cür xüsusiyyətlər yoxdur. Bu suyun üzərində aparılan çoxsaylı araşdırmalardan belə bir nəticə əldə olundu. Əgər Zəmzəm suyunun bir damcısı adi su ilə qarışsa, onun tərkibi dəyişərək, Zəmzəm suyu kimi olacaqdır".("Dəyərlər" AİN)


В этом разделе