Vaşinqton Post: "Obama Buşun köynəyində"

"Vaşinqton Post" qəzetinin Çarlz Krautammer adlı köşə yazarı "Obama Buşun köynəyində" adlı bir məqalə qələmə alıb.

Obamanın prezident seçilməsindən 130 gündən çox keçməsinə baxmayaraq hələ də siyasətdə heç bir dəyişiklik edilmədiyini bildirilən məqalədə müəllif yazır: "Barak Obamananın siyasəti Corc Buşun siyasətindən fərqlənmir. Halbu ki 2008-ci ildə seçki kampaniyası vaxtı Obama deyirdi ki, dəyişiklik olacaq. Əlbəttə bunu Obamanın özü qəbul eləmir. Onun fikrincə kifayət qədər dəyişiklik olub ya da dəyişiklik eləmək üçün hələ tezdir. Amma reallıq budur ki, o Buşun siyasətini davam etdirir. Sözsüz ki, cüzi kosmetik dəyişiklik etməklə".

Sonda yazar Obamanın Əfqanıstan və İraq siyasətinə də toxunub. "Obaman Əfqanıstan və İraq siyasəti Buşun siyasətinin davamıdır. Sadəcə bir az dəyişdirilib. Mənim fikrimcə bu siyasət daha güclü siyasətdir. Çünki burada çıxmaq üçün söz verilib. İndi heç kim Əfqanıstan və İraq barədə danışa bilmir. O dəqiqə ona bölgədən ordunun boşaldılacağı barədə verilən söz xatırlanır və susdurulur. Sizcə bu nədir? Demokratik riyakarlıq yoxsa demaqoqluq? Bəlkə də siyası həyasızlıq". "Dəyərlər" AİN

В этом разделе