Üsamə İbn Ladenin aqibəti sirdir

Pakistan Dövlət Başçısı Asıf Əli Zərdari, əllərindəki məlumatlara görə ibn Ladinin həyatda olmadığını, ancaq bunu sübut edə bilmədiklərini söylədi. 


Pakistan kəşfiyyatından flaş iddia...
313NEWS.NET-in TimeTurk-ə istinadlı xəbərinə görə, Pakistan Dövlət Başçısı Asıf Əli Zərdari, ölkəsinin nüvə silahlarının "etibarlı əllərdə" olduğunu ifadə etdi.

Pakistanın nüvə silahlarının Taliban xadimlərinin əllərinə keçməsi ehtimalıyla əlaqədar narahatlıqlar üzərinə beynəlxalq mətbuata şərhdə olan Zərdari, "Pakistanın nüvə gücünün etibarlı əllərdə olduğu istiqamətində dünyanı təmin etmək istəyirəm" dedi.

Zərdari, nüvə silahlar üçün Pakistanın güclü bir əmr və idarə sistemi olduğunu söylədi.

ABŞ Xarici işlər Naziri Hillary Clinton, keçən həftə Fox News-ə verdiyi bildirişdə, Talibanın Pakistanın nüvə silahlarının idarəsini ələ alma ehtimalını ABŞ-ın diqqətlə izlədiyini qeyd etmişdi.

Digər tərəfən Zərdari, Pakistan kəşfiyyat xidmətlərinin Əl Qaidə terror təşkilatı lideri Usamə ibn Ladinin öldüyünü düşündüyünü də söylədi.

Amerikalıların "İbn Ladinin yaşayıb yaşamadığını bilmədiklərini" söylədiyini deyən Pakistan Dövlət Başçısı, "Onlar ben Ladini axtarmaq üçün bizdən çox daha təchizatlıdırlar. Bizim kəşfiyyat xidmətlərimiz isə onun artıq bu dünyada olmadığı, öldüyü fikirindədir, lakin dəlilləri yoxdur. Bu səbəbdən gerçəklə xəyal arasında bir yerlərdəyik" dedi.

313NEWS.NET


В этом разделе