"Fitnə" filmini çəkməklə müsəlmanları təhqir etmiş və bununla da təməl insan haqlarını pozmuş hollandiyalı siyasətçi Vilders "Fitnə 2"-ni çəkəcəyini bildirib, CNN xəbər verir.
"De Teleqraf" qəzetinə verdiyi müsahibəsində isə Vilders "Fitnə 2"-də İslamın düşüncə və ifadə azadlığı barədə düşündüklərini lentə alacaq. Eyni zamanda hollandiyalı siyasətçi bildirib ki, bu dəfəki filmində peşəkar aktyorlar dəvət olunacaq. Bundan başqa o, qeyd edib ki, 2010-cu ildə hazır olunacaq "Fitnə-2"-ni çəkmək üçün ABŞ-da ona kömək edəcək.
“Əvvəla bu filmin adının özü çox gözəl seçilib, - Fitnə. Bu filmin çəkilişi özü elə bəşəriyyətə fitnə salmağa xidmət edir” deyən “Mənəvi Saflığa Dəvət” İB-nin sədri Hacı Elşən Mustafaoğlu bu rəzalətin hazırda dinlərarası dialoqdan danışıldığı bir zamanda mədəniyyətlərin toqquşmasına, bu dialoqun pozulmasına xidmət etdiyini bildirdi: “İnsanların vicdan azadlığından dəm vuran Qərbdəki bir çox qüvvələr milyonlarla pul xərcləyirlər ki, güya başqalarına ağıl öyrətsinlər - hanı bəs həmin qüvvələr? Belə fitnələrin meydana çıxdığı bir vaxtda niyə indi meydanda görünmürlər?”
Görünür “Fitnə-1”-i çəkməkdən lənətdən başqa heç bir qazanc əldə edə bilməyən uğursuz islamofob Vilders, öz adının hallandırılması xatirinə hər bir rəzilliyi etməkdə israrlıdır. ("Dəyərlər" AİN)