Türkiyənin xarici işlər naziri: “Ermənistanla sərhədlərin açılması gündəmimizdə deyil”

Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa, açılması müzakirə mövzusu deyil.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Nazir bildirib ki, NATO-nun Ermənistanda keçirəcəyi təlimlərlə əlaqədar Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti açılacağı haqda deyilənlər lüzumsuz söhbətlərdən başqa bir şey deyil: “NATO-nun Ermənistanda keçirəcəyi təlimlər sırf humanitar xarakter daşıyır və fövqəladə hallarda görüləcək işlərlə əlaqədardır. Türkiyə NATO üzvü olaraq təlimlərə qatılacaq. Amma sərhədlərin müvəqqəti açılması gündəmimizdə və düşüncəmizdə deyil. Bu barədə Azərbaycan mediasına da açıqlama vermişəm”.

В этом разделе