Türkiyədə kürdlərə qarşı əməliyyat

Türkiyə polisi eyni vaxtda bir neçə şəhərdə kürdlərə qarşı xüsusi əməliyyata başlayıb.

«Bianet» xəbər verir ki, Kürdüstan Demokratik Konfederasiyasının (KDK) üzvlərinə qarşı həyata keçirilən əməliyyatda 120-dək adam saxlanılıb. Onların arasında tələbələr, həmçinin Barış və Demokratiya Partiyasının üzvləri də var. Onlar PKK terrorçuları ilə əlaqədə şübhəli bilinirlər.

Qeyd edək ki, KDK müxtəlif kürd təşkilatlarını birləşdirən qurumdur. PKK da oraya daxildir.
Əməliyyat Tunceli, Elaziğ, Malatya, Şanlıurfa, Batman, həmçinin Sakarya və Dənizlidə keçirilib.

Milli.Az

В этом разделе