Türkiyədə hicablı tələbələrə yaşıl işıq

Türkiyədə iqtidarla müxalifətin universitetlərə sərbəst formada daxil olması üçün müzakirələr apardığı vaxtda, Yüksək Öyrətim Qurumu (YÖK) məsələni önləyərək addım atıb. 

Yüksək Öyrətim Qurumun yazılı açıqlamasında qeyd olunub ki, hicablı tələbələr, konstitusiyada qadağa olsa belə, universitetə başörtüyündə daxil olacaqlar: "Bu qərarı bütün universitetlər rəhbər tutmalıdırlar. Daha heç bir kəs universitetin qapısından bayıra atılmayacaq. Biz bunu qəbul edə bilmərik". Bu barədə "Deyerler" saytı Türkiyədə çıxan "Hürriyət" qəzetinə istinadən xəbər verib.


Yüksək Öyrətim Qurumunun rəhbəri açıqlamasında, bundan sonra hər hansı bir müəllimin başörtülü şagirdi hicabına görə sinifdən çıxaracağı təqdirdə, həmin müəllim haqqında müvafiq tədbirlərin görüləcəyi qeyd edilib. Qurumun bu açıqlaması bütün universitet rəhbərlərinə göndərilib.


В этом разделе