Türkiyə son qərarını açıqladı: "Qarabağ məsələsi həll edilməzsə sərhəd qapısı açıla bilməz!"

Ərdoğan, Azərilərin ürəyinə su səpdi: "Azərbaycanın işğal altındakı torpaqlarına istiqamətli bir həll gətirilməzsə sərhədimizi açmayacağıq"



Türkiyə Baş naziri, Ermənistan ilə sərhəd qapısının açılması müzakirələrinə son nöqtəni qoydu. Ərdoğan qlobal sərmayəyə qarşı bir qrup olduğu ifadə edərək, ‘Bu milliyyətçilik ola bilməz. İqtisadi faşizmdir' dedi. 

STAR-ın xəbərinə görə Gerhard Schröderin 65-ci doğum ildönümü qeyd etməsi üçün Hannoverdə olan Türkiyə Baş naziri Ərdoğan, Türkiyənin Ermənistan sərhədini açmasının Qarabağ probleminin həllinə bağlı olduğunu söylədi. 

Ərdoğan, Türkiyənin iqtisadi inkişafını izah edərkən xarici sərmayəyə qarşı ‘əfsus ölkə əldən gedir' deyildiyini ifadə edərək ‘Bunun adı milliyyətçilik ola bilməz. Bu iqtisadi faşizmdir. Təmaslarımız sürüyür. Ancaq sərhədimizi açmamız Qarabağ problemin həllinə bağlı. Azərbaycanın işğal altındakı torpaqlarına istiqamətli bir həll gətirilməzsə sərhədimizi açmayacağıq' deyərək Azərbaycan məsələsində son nöqtəni qoymuş oldu.

313news.net

В этом разделе