Türkiyə ordusundakı yeni təyinat erməniləri təşvişə salıb

İşğalçı Ermənistanın bayrağı

"News.am": "General İşık Koşaner Azərbaycan ordusunun gücləndirilməsinin tərəfdarıdır"

Ermənilər Türkiyə Silahlı Qüvvələrinin Komandanı vəzifəsinə general İşık Koşanerin təyin edilməsindən narahatdır. "ANSPRESS"in xəbərinə görə “news.am” agentliyi yazıb ki, türk ordusunun başına Azərbaycan tərəfdarı olan general gətirilib.

Məqalədə qeyd olunub ki, general Koşaner Azərbaycan ordusunun gücləndirilməsinin tərəfdarıdır və bu işə yaxından kömək edən türk zabitlərindəndir. Onlar iddia edir ki, Azərbaycan hərbçilərinin Türkiyədə təhsil almasına da ən çox kömək edən Koşanerdir.

В этом разделе