Türkiyə gəmisinə quldur hücumu

Türkiyə gəmisi Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalıb

Lent.az-ın CNN türk-ə istinadən verdiyi məlumata görə, Nigeriya-Laqos sahillərində üzən “Özay 5” adlı Türkiyə gəmisi quldurların hücumuna məruz qalıb. “Kalaşnikov” avtomatları ilə silahlanan 8 quldur gəmini atəşə tutub. Nəticədə 3 nəfər yaralanıb.

Gəminin bütün heyətini soyan dəniz quldurları, gəminin ikinci kapitanını bıçaqla ağır yaralayıblar.

Bu zaman gəmi heyəti onlara müqavimət göstərib. Bundan sonra quldurlar gəmini tərk ediblər.

Hadisə zamanı yaralananların Türkiyə vətəndaşları Volkan Seçkin, Cüneyt Bayraktar və bir Nigeriya vətəndaşı olduğu bildirilib.

В этом разделе