Türkiyə-Ermənistan sərhədi müvəqqəti də olsa açılmayacaq - XİN başçısı Davudoğlu

Əhməd Davudoğlu

Türkiyə NATO-nun təlimləri zamanı Ermənistanla sərhədini müvəqqəti olsa da açmayacaq. Bu barədə cümə axşamı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Bu barədə "Trend" DHA agentliyinə istinadən məlumat verir.

"Sentyabrda Ermənistanda keçiriləcək təlimlər tamamilə humanitar xarakter daşıyır. Bu təlimlər zəlzələ və təbii fəlakətlərlə bağlıdır", - Davudoğlu deyib.

Bundan əvvəl verilən məlumata görə, Türkiyə sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək hərbi təlimlər çərçivəsində Türkiyə-Ermənistan sərhədinin qismən və müvəqqəti açılacağını istisna etmir. Lakin Türkiyə XİN başçısı Əhməd Davudoğlu bu məlumatı təkzib edib.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib

В этом разделе