Türk nazir ABŞ-a səfərini təxirə saldı

Türkiyənin Xarici Ticarətdən Məsul Dövlət Naziri Zafer Çağlayan ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən qondarma erməni soyqırımı qətnaməsinin qəbuluna cavab olaraq Birləşmiş Ştatlara səfərini təxirə salıb. “Hurriyet Daily News”un yazdığına görə, Z.Çağlayanın rəhbərlik etdiyi Türkiyə biznesmenlərindən ibarət nümayəndə heyəti martın 19-da ABŞ-a səfər etməli idi. Lakin bazar ertəsi Türkiyə hökuməti tərəfindən səfərin təxirə salınmasına dair qərar qəbul olunub.

Xatırladaq ki, Türkiyə ABŞ-da “erməni soyqrımı” üzrə qəbul olunan qərarla bağlı məsləhətləşmələr aparmaq üçün Birləşmiş Ştatlardakı səfiri Namiq Tanı artıq geri çağırıb.
ANS

В этом разделе