Bazar günü Əfqanıstanın şərqində Amerikan güclərinə istiqamətli əməliyyat reallaşdıran Taliban döyüşçülərinin ən az 3 Amerikan əsgərini daha öldürdüyü bildirildi.
Amerikan qaynaqları tərəfindən edilən şərhdə iki gün içində öldürülən NATO əsgərləri sayının 9-a çatdığı ifadə edildi.
Əməliyyatın yol kənarına yerləşdirilən bombalayarın partladılması və avtomatik silahlarla reallaşdırıldığı ifadə edildi.
Şənbə günü də 6 NATO əsgəri Taliban döyüşçüləri tərəfindən öldürülmüşdü.
Öldürülən 9 NATO əsgərinin 6-nın Amerikan əsgəri olduğu açıqlandı.
NATO birliklərinin spikeri Christine Sidenstricker Amerikar itkinlərinin getdikcə artması üzərinə etdiyi şərhdə, "çox təəssüf ki itkinlərimiz artmaqdadır, düşmənə qarşı daha çox əməliyyat reallaşdırmamız üçün daha çox əsgərə ehtiyacımız var" dedi.
NATO-nun qorxulu yuxusu: yol kənarı bombaları
Amerikan gücləri tərəfindən edilən şərhdə, Taliban döyüşçülərinin son zamanlarda yol kənarlarına yerləşdirilən bombaları istifadə etməyə başladığını, beləliklə NATO güclərinin ağır itkinlər verməsinə gətirib çıxardığı ifadə edildi.
Şərhdə Taliban döyüşçülərinin daha təsirli bombalayar istifadə etdikləri, müəyyən bölgələrə çoxlu bombalayar yerləşdirdikləri ifadə edildi.
Molla Ömərdən Karzaiyə: ABŞ Xidmətçisi
Taliban lideri Molla Ömər Əfqanıstan Respublika başçısı Hamid Karzainin Amerikan xidmətçisi olduğunu ifadə edərək NATO güclərinin Əfqanıstanda olduğu müddətcə heç bir müzakenin qəbul edilməyəcəyini ifadə etmişdi.
isra xəbər - 313Nyus
Talibandan NATO Birliklərinə Bir Zərbə Daha
ABŞ öndərlikli NATO birliklərinə qarşı hücumlarını davam etdirən Taliban döyüşçüləri, NATO birliklərinə ağır itkinlər verdirir.