"Taliban"a qarşı əməliyyat

Pakistan ordusu tərəfindən Pişavər və Svat bölgəsində "Taliban"a qarşı başladılan əməliyyatlarda 28 döyüşçü öldürülüb, 1 komandir, 7 terrorist həbs olunub, 1000-dən çox şübhəli polis nəzarətinə alınıb.

İslam-Azeri.az İnternet Qəzetinin "6 News"-a istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələri "Taliban" döyüşçülərinə qarşı başlatdığı əməliyyatlar daxilində Pişavərdə bir hücrəyə basqın təşkil edilib.

Basqında Osman adlı "Taliban" komandiri ilə 7 terrorist həbs olunub.

Svat bölgəsinin ən böyük şəhəri Mingora və ətrafında təşkil edilən əməliyyatlarda da 1000 şübhəli polis nəzarətinə alınıb.

Pakistan ordusundan verilən açıqlamada, əməliyyatlar zamanı 28 terrorçunun öldürüldüyü bildirilib.

В этом разделе