"Taliban" Üsamə bin Ladenin qisasını aldı

Pakistanda 70 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti taliblər öz üzərinə götürüblər

Xəbər verdimiz kimi, buu səhər Pakistanda terror aktı törədilib. Ölkənin şimal-qərbindəki Çarsadda əyalətinin Şabkadar şəhərində, Polis Akademiyasında iki partlayış baş verib. Nəticədə azı 70 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

İlkin məlumatlara görə, hücumlardan biri terrorçu-kamikadze tərəfindən törədilib. Pakistan rəsmiləri bunun "Əl-Qaidə" lideri Üsamə bin Ladenin öldürülməsindən bəri ən iri miqyaslı terror aktının olduğunu deyirlər-ANS PRESS "BBC"-yə istinadən xəbər verir.

Partlayışlar sərhəd polisinin yeni çağırış əsgərlərinin avtobus və yük maşınlarına mindiyi vaxt törədilib. Onlar hərbi xidmətdə ilk istirahət gününə gedirmişlər. Polis akademiyasının qapısı önündə yüzlərlə adam olduğundan, ölən və yaralanan çox olub.

Ən son məlumatlara görə, terror aktına görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb. Taliblərin yerli nümayəndəsinin sözlərinə görə, bu, "Əl-Qaidə" lideri Üsamə bin Ladenin öldürülməsinə görə qisas və törədiləcək terror aktlarından sadəcə biridir.

В этом разделе