“Taliban” NATO-nun yeni baş katibini müsəlmanların əsas düşməni elan edib

Əfqanıstanın “Taliban” hərəkatı NATO-nun yeni baş katibi Anders Foq Rasmusseni müsəlmanların əsas düşməni elan edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, islamçı saytların birində yerləşdirilən yazıda bildirilir ki, A. F. Rasmussenin təyinatı taliblərin NATO-ya qarşı mübarizə əzmini gücləndirəcək və Əfqanıstanda hərbi toqquşmaların intensivləşməsinə gətirib çıxaracaq.

Xatırladaq ki, A. F. Rasmussen Danimarkanın baş naziri olarkən bu ölkə mətbuatında Məhəmməd peyğəmbəri təhqir edən karikaturalar dərc edilmişdi.

Hazırda Əfqanıstanda 56 min nəfərlik NATO hərbi kontingenti var.(APA)

В этом разделе