Taliban Kərzayın atəşkəs təklifini rədd edib

Taliban qruplaşmasının nümayəndələri ölkə prezidenti Həmid Kərzayın atəşkəs təklifini mənasız və süni adlandırıblar.

«Artıq birinci dəfə deyil ki, Kabil və Qərb ölkələri gözümüzə kül üfürmək istəyirlər. Onlar sözdə atəşkəs təklif edərək əslində yeni hərbi əməliyyatlara hazırlaşırlar», deyə qruplaşmanın məlumatında bildirilir.

Xatırladaq ki, Həmid Kərzay ötən ilin sonunda keçirilmiş Əfqanıstan problemləri konfransında növbəti dəfə talibləri atəşkəsə dəvət etmişdi. O yaraqlılara silahı atmağı və ölkə qanunvericiliyinə tabe olmağı təklif etmişdi. /APA/

В этом разделе