"Taliban" hücuma keçdi

Əfqanıstanda "Taliban"-a qarşı əməliyyatlar gücləndirilərkən, terror təşkilatı da terrorlarını gücləndirir.

İslam-Azeri.az İnternet Qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, Ölkənin şərqində "Taliban" yaraqlıları hərbi qərərgaha hücum edib.

Nanqarhardakı qərərgaha təşkil edilmiş hücum nəticəsində 17 nəfər həyatını itirib. Ölənlərdən 15-i polisdir.

Yaraqlıların hücumundan sonra yaranan qarşıdurmada 2 "Taliban"-lı öldürülüb.

İslam-Azeri.az

В этом разделе