"Taliban" ABŞ qoşunlarına qarşı əməliyyata başlayır

"Taliban" hərəkatı Əfqanıstanın Gilmənd əyalətində ABŞ hərbi qüvvələrinə qarşı əməliyyata başladığını açıqlayıb 



FaktXəbərin verdiyi məlumata görə, Amerika ordusunun bir neçə gün əvvəl 4000 qoşunla Gilmənd əyalətində Taliban döyüşçülərinə qarşı başlatdığı "Xəncər" əməliyyatına qarşı Taliban da "Dəmir tor" əməliyyatı tətbiq edəcək. Bu arada Talibanın rəsmi nümayəndəsi Yusif Əhmədi cavab əməliyyatı ilə amerikalıları dayandıracaqlarını vurğulayıb: “İşğalçıların başladığı əməliyyata cavab olaraq "Dəmir tor" əməliyyatını keçirəcəyik. Onların xəncəri bizim torda ilişib qalacaq. Bu, amerikalılar üçün yaxşı dərs olacaq”.

В этом разделе