"Taliban"-a qarşı əməliyyat :40 ölü

Pakistan ordusunun Orakzai əyalətində "Taliban" yaraqlılarına qarşı başlatdığı əməliyyat getdikcə daha da güclənir.

İslam-Azeri.az İnternet Qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, Orakzai əyalətində yaraqlılara qarşı keçirilən əməliyyatda yaranan qarşıdurmada 40 "Taliban" döyüşçüsü həlak edilib.

Qarşıdurmanın gecə vaxtı başladığı və səhər saatlarına qədər davam etdiyi bildirilir.

Hadisə nəticəsində Pakistan ordusu itki verməyib.

В этом разделе