Şri Lankada artilleriya atəşində 380 nəfər həlak olub

Şri Lankanın cəbhə xəttində işləyən səhiyyə nümayəndələri BBC-yə bildiriblər ki, mülki vətəndaşlar üçün yeni yaradılmış təhlükəsizlik zonasının şiddətli artilleriya atəşinə tutlması nəticəsində 380-ə qədər mülki şəxs qətlə yetirilib.

Eyni məlumata əsasən, davam edən artilleriya hücumu zamanı daha 1100 nəfər yaralanıb.

Səhiyyə işçilərinin təxminlərinə görə, artilleriya atəşi Şri Lanka ordusunun nəzarətində olan ərazilərdən aparılır.

Müdafiə nazirliyinin sözçüsü mülki əhalinin yerləşdiyi ərazinin atəşə tutulmasını inkar edib və bu xəbərləri Tamil Pələngləri üsyançılarının təbliğatı kimi təkzib edib.

Şri Lanka höküməti jurnalistlərin münaqişə zonasına daxil olmasına icazə vermədiyindən döyüşlərlə bağlı hər hansı məlumatın dürüstlüyünü yoxlamaq çətindir. /BBCAzeri/


В этом разделе