Şiə və Sünni ixtilafı, qərb və sionizmə xidmətdir!


"Müsəlman Qardaşlar Camaatı" lideri Məhəmməd Mehdi Akif, müsəlmanları məzhəb daxili heç bir ixtilafa getməməyə çağıraraq, bu ixtilafların sionist İsrail və Qərbin bir planı olduğunu qeyd edib

FaktXəbərin "Fars News"-a istinadən verdiyi məlumata görə, Misirin "Müsəlman Qardaşlar Camaatı" təşkilatının lideri Məhəmməd Mehdi Akif, sionist İsrail və qərbin İslam ölkələri daxilində Şiə və Sünni ixtilafı salmaq mövzusunda dünya ictimaiyyətinə xəbərdarlıq edib. "Əl-Aləm" tele-kanalına müsahibə verən Misirin "Müsəlman Qardaşlar Camaatı" lideri Məhəmməd Mehdi Akif, Şiə və Sünni müsəlmanların vəhdətinin önəmli olduğunu qeyd edərək, müsəlmanların tək bir ümmət olduğunu və fərqli məzhəblərin bu ümmətin daxilində birlik və vəhdət yaratmasını təkidlə bildirib. İslam ölkələrində Şiə və Sünni ixtilafı salmağı planlaşdıran ölkələr barəsində danışan Məhəmməd Akif, Müsəlmanları məzhəb daxili heç bir ixtilafa getməməyə çağıraraq, və bu ixtilafların sionist İsrail və Qərbin bir planı olduğunu qeyd edib.

В этом разделе