Şeytanın burnu Əhmədinejaddan yan keçdi

Dünən Əhmədinejad Cenevrədə çıxış edərkən, Avropanın bəzi ölkələrinin nümayəndələri salonu tərk edib.



İslam-Azeri-nin verdiyi xəbərə görə dünən Cenevrədə dünən başlayan Dorban II Dünya İrqçiliklə Mübarizə Konfransında çıxış edən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad, “Beynəlxalq sionizm, irqçiliyin gerçək bir görünüşüdür”deyərək, beynəlxaql sionizmin irqçi siyasətlərinə qarşı dünyadan dəqiq mövqe göstərməsini istəyib.

İran prezidenti BMT sədri və konfrans iştirakçılarına üzünü tutaraq İsrailin Qəzzadakı son qətliamı və ümumilikdə Fələstinlilərə qarşı irqçilik siyasəti apardığını xatırladaraq: “Beynəlxalq sionizm, irqçiliyin gerçək bir simasıdır” deyib.

“Amerikanın Əfqanıstan ya da İraqa təşkil etdiyi hücumların gerçək səbəbi nədir? Əfqanıstana təşkil edilən hücum, Əfqanıstana barış gətirdimi?” suallarını verən Əhmədinejad , İsrailin Qəzzadakı işlədiyi qırğınlar qarşısında səssiz qalan Təhlükəsizlik Şurasının yenidən qurulması lazım olduğunu vurğulayaraq, şurada müəyyən bəzi ölkələrə veto haqqının verilməsinin də ləğv edilməsini istəyib.

İraqda milyonlarla insanın qətlə yetirildiyinə, evlərini tərk etmək məcburiyyətində qalanlara diqqət çəkən İran prezidenti, İraq işğalının ABŞ-ın köhnə rəhbərliyininin təsəbbüşkarlığı sayəsində silah tacirlərinin də iştirakı ilə İsraillin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə planlandığını söyləyib.

Qərb ölkələrinin iqtisadi siyasətini də qınayan İran prezidenti: “Qlobal iqtisadi böhran nə Asiyada nə də Afrikadan çıxdı. İqtisadi böhran, Amerikadan çıxdı və bütün dünyaya yayıldı” -deyib.

Sionizmə tənqid atəşlərinə tutan Əhmədinejadın sözlərinə qulaq asmaq istəməyən bəzi dövlətlər salonu tərk edib.

Avstriya, İrlandiya, Estoniya, Bolqariya, Belçika, Macarıstan, Yunanıstan, Lyuksenburq, Latviya. Litva, Malta, Sloveniya, Slovakiya, İspaniya, Portuqaliya, Finlandiya, Kipr, Ruminiya və İsveç ölkələrinin nümayəndələrinin zalı tərk etdiyi bildirilir.

Lakin çox sayda ölkə isə Əhmədinejadın çıxışını axıra kimi izləyib.

Sonda alqışlarla, Əhmədinejad çıxışını tamamlayıb.

Diqqətinizə çatdıraq ki, İran İslam Respublikasının prezidentinin çıxışının əvvəllində Fransadan gələn yəhudilərdən biri kloun geyimində gələrək qırmızı burnunu ona tərəf atsada, xeyli aralı düşüb.

Bu burunun daha çox dünya xalqlarını işğal altında saxlayan, milyonlarla insanı gözü yaşlı edən, müsəlman torpaqlara soxulan buruna bənzədiyini düşünürük.

Bu burunun Fələstin, Əfqanıstan, İraq, Əlcəzair, Xocalı, Kəşmir və digər ölkələrin torpaqlarına soxulan burun olduğuna heç şübhə etmirik.

İslam-Azeri.az


В этом разделе