Səudiyyədə şiələr həbs olunur

Səudiyyənin şiələrin çoxluq təşkil etdiyi Əl-Əhsa şəhərində bir şiəni öz iş yerində "Hizbullah" partiyasının sədri Nəsrullahın şəklini divara vurduğuna görə həbs ediblər.

hawzahnews.com-un xəbərinə əsasən 35 yaşlı Əhməd əl-Həmadini keçən həftə əl-Əhsa şəhər təhlükəsizlik sisteminin işçiləri saxlayaraq iş yerində Nəsrullahın şəklini saxladığına görə onu 15 günlük həbs ediblər.

Bundan da əvvəl səudiyyə polisi şiə cavanlarını avtomobillərinin şüşələrinə Nəsrullahın şəkilərini vurduqlarına görə həbs etmişdilər.

Əhməd əl-Həmadidən yazılı iltizam da alıblar ki, o bir daha öz iş yerində Nəsrullahın şəklini saxlamayacaq.

В этом разделе