Səudiyyə Ərəbistanı Pakistana 242,2 milyon ABŞ dolları miqdarında humanitar yardım göstərib

Səudiyyə Ərəbistanının bayrağı

Səudiyyə Ərəbistanı Krallığı Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakətlə əlaqədar bu ölkəyə təxminən 908 246 227 səudiyyə riyalı (təqribən 242,2 milyon ABŞ dolları) miqdarında humanitar yardım göstərib

Krallığın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə bu yardım təbii fəlakətdən zərər çəkmiş insanlara qardaşlıq yardımının göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə edilib.

Bu yardıma yaşayış üçün çadırlar, yorğan-döşək dəstləri, ərzaq səbətləri, qırx çarpayılıq səyyar xəstəxanalar, həmçinin dərman təminatı xərcləri, avtomobil və təyyarələrin yanacaqla təmin olunması xərcləri, Səudiyyə Ərəbistanı Xalq Komitəsinin ianələri, BMT-nin müxtəlif təşkilatlarına donorluq və sair yardım və xərclər daxildir.

Qeyd edək ki, bütün bu yardımlardan əlavə bu ölkənin Kralı - İki Müqəddəs Məscidin Xadimi Abdullah bin Əbdüləzizin göstərişinə əsasən Səudiyyə Ərəbistanından Pakistana mülki müdafiə bölmələrinin xilasediciləri də göndərilib.

В этом разделе