Səudiyyə Ərəbistanda 3 min insan məhkum həyatı sürür

Verilən məlumatlara görə, Beynəlxalq Əfv Təşkilatı Səudiyyə Ərəbistanında 3 minə yaxın insanının haqsız yerə həbs edildiyini və işgəncələrə məruz qaldığını müəyyən edib
Belə ki, sözügedən təşkilat “11 Sentyabr” hadisələrindən sonra Səudiyyə hökumətinin  bir çox insanı məhkəməyə çıxarmadan həbsdə saxladığını bildirib. Habelə təşkilat sözügedən ölkədə terrorla mübarizə adı altında insan haqlarının pozulduğunu, Qərb ölkələrinin isə neftlə zəngin olan müttəfiqlərini itirməmək üçün bunu örtbasdır etməyə çalışdıqlarını hesabatda deyib. Bundan başqa hesabatda bildirilib: “İnsan haqlarının pozulması yüksək həddə çatıb. Hər gün yüzlərlə insan təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalır”. İllərcə haqlarında heç bir cinayət işi qeydə alınmayan və yaxınları ilə görüşdürülməyən insanların heç bir qanuni haqlarından da istifadə etmədikləri hesabatda öz əksini tapıb. Məhbusların törətmədikləri cinayətləri etiraf etmələri üçün ağır işgəncələrə məruz qaldığı göstərilən hesabatda, ən çox tətbiq edilən işgəncə növləri arasında elektriklə işgəncə, yuxusuz saxlanılma və dəyənəklə döyülmə hallarının daha çox olduğu bildirilib. Məlumatlara görə, ABŞ tərəfindən illərlə Quantanamo həbsxanasında saxlanılıb sonra sərbəst buraxılan insanların da hal-hazırda Səudiyyədə məhbus həyatı yaşadığı bildirilib.

В этом разделе