Şərq Türkistanda İndi də Kirayəlik Qatillər Səhnədə

Şərq türkistanın paytaxtı Urumçidə uyğur müsəlmanlarına qarşı bir soyqırım təşkil edən Çin təhlükəsizlik güclərinin yerini kirayəlik qatillər götürdü. 



Şərq Türkistan qaynaqlarına görə 1500dən çox Uyğur müsəlmanı qətl edən Çin polisinin, minlərlə Uyğuru da həbs etdiyi, gəncləri tək-tək evlərindən götürərək apardığını bildirərkən, bu dəfə əli silahlı və çubuqlu minlərlə kirayəlik qatilin Uyğur müsəlmanlarına qarşı şiddətə yönəldiyi ifadə edildi.

AFP agentliyinin bölgədən bildirdiyini görə, əli silahlı, sətirli və çubuqlu minlərlə Çinli Çərşənbə axşamı günü Urumçinin prospektlərini doldurduğu "Uyğurlar qırıb tökmək üçün bizim bölgəmizə gəldilər, indi də biz onlara vurmaq üçün onların bölgəsinə gedirik" şəklində danışdıqları ifadə edildi.

Çin təhlükəsizlik güclərinin reallaşdırdığı böyük qırğına baxmayaraq təmin olmadıqlarını söyləyən 19 yaşlarındakı Dong Sun adlı əli silahlı bir Çinli "indi hökuməti gözləmə yerinə hərəkətə keçmə zamanı" şəklində danışaraq Uyğur müsəlmanlarına hücum edəcəklərini ifadə etdi.

Kirayəlik qatillərin Uyğur müsəlmanlarının əleyhində irqçi şüarlar atdıqları da ifadə edildi.

Kirayəlik qatillərin yoldan keçən Uyğur müsəlmanlarının avtomobillərini dayandırdıqları, avtomobillərin şüşələrini qırdıqları, bəzi Uyğurların bölgədən sürətlicə uzaqlaşaraq canlarını qurtardıqları ifadə edildi.

Çin rəhbərliyinin Urumçi şəhərində hərbi vəziyyət tətbiq etdikləri bildirildi.

İSRA XƏBƏR


В этом разделе