Sələfilərin etirafı: “Şiə alimi Televiziyadakı müzakirə proqramının qalibi oldu”

Radikal sələfilər, Ərəbistanlı alim Həsən Əs Saffar ilə sələfi təbliğçi və alimi Saad Əl Bərikin televiziyada etdikləri müzakirədə, Həsən Əs Saffarın qalib gəldiyini etiraf etdilər.

İsra.Az saytının “rasid” xəbər agentliyinə istinadlı xəbərinə görə, Ərəbistanlı Şiə din xadimi və Katif Cümə imamı Höccətül İslam vəl Müslimin Həsən Əs Saffar 2 Apreldə “dəlil” televiziya kanalında müxtəlif dini mövzularda Ərəbistanın sələfi din xadimi və təbliğçisi Saad əl Bəriklə bir müzakirə keçirdi.

Həsən Əs Saffar, bu müzakirədə hakimanə və münasib bir rəftarla imam Xomeyni (r.ə) və Ayətullah Sistanini müdafiə edərək Ərəbistan dövlətinin Şiələrə qarşı ayrı-seçkilikçilik etdiyini ortaya qoydu.

Ərəbistanlı sələfilər qələmə aldıqları məqalələrində bu müzakirə proqramında Həsən Əs Saffarın qalib gəldiyini etiraf edərək belə yazdılar: “Bu Şiə din xadimi Şiələrin məzlumluqlarını dilə gətirərək Şiələrə məzhəbi ayrı-seçkilikçilik edildiyi kimi mövzularda rəqibinə qarşı üstünlük əldə etmişdir.”

Ərəbistanlı siyasi araşdırmaçı və sələfi yazıçılardan biri olan Əbdürrəhman Əbu Mənsur Ərəbistanlı sələfilərə aid olan “leciniyat” xəbər saytında nəşr olunan məqaləsində bunları qələmə aldı: “Saad Əl Bərik bu müzakirə proqramında olduqca zəif idi, halbuki Həsən Əs Saffar Şiələrin məzlumluğunu olduqca gözəl açıqlayaraq, Ərəbistan dövlətinin Şiələrə istiqamətli ayrı-seçkilikçilik etdiyini dilə gətirməyi bacardı.”

“Leciniyat” xəbər saytının müdiri İbrahim əş-Şəhri də bu mövzu haqqında bunları yazdı: “Həsən Əs Saffar bu televiziya müzakirə proqramında istədiyi şeyləri söylədi, amma Saad Əl Bərik bu müzakirədə olduqca zəif idi.” Ayrıca bunları dilə gətirdi: “Bu televiziya müzakirə proqramı radikal Şiənin səsinin eşidilməsinə səbəb oldu!!!”

Sələfi yazıçılardan Səid ibn Məhəmməd Əli Sabit isə bunları qələmə aldı: “Həsən Əs Saffar öz inancından taviz verməyəcəyini göstərmişdir!!!”

В этом разделе