Ermənistan prezidenti fransalı həmkarına təşəkkür məktubu ünvanlayıb
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Fransa prezidenti Nikolya  Sarkoziyə təşəkkür məktubu göndərib. ANS PRESS-in Ermənistan mətbuatına  istinadən verdiyi məlumata görə, məktubda Sarkisyan Fransa Senatı  tərəfindən qondarma “erməni soyqırımı”nı inkar edənlərin  cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulunu görə  təşəkkür edib. 
 
 Məktubun tam mətni dünyada erməni vəhşiliyindən əziyyət çəkmiş hər bir  şəxsdə qıcıq yarada biləcəyini nəzərə alaraq mətnin yalnız kiçik bir  hissəsini nəzərinizə çatdırırıq: “Bu gün Fransa yenidən öz qüdrəti və  gücünü sübut edərək, ümumbəşəri dəyərlərə bağlılığını göstərdi. Bu gün  bütün dünyada yaşayan ermənilər üçün tarixi bir gündür. Bundan başqa  insanlığa qarşı törədilən cinayətkarlığa qarşı mübarizə aparanlar üçün  də önəmli gündür”.














