Saleh reanimasiyadan çıxıb

Yəmən prezidentinin vücudunun 40 faizi yanıb.

İslam-Azeri.az İnternet Qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, səhhəti ilə bağlı ziddiyyətli məlumatlar verilən Yəmən prezidenti Əli Abdulla Salehin reanimasiyadan çıxdığı bildirilib.

Rəsmi xəbər agentliyi "Saba" Səudiyyə Ərəbistanında müalicədə olan Salehin reanimasiyadan çıxdığını bildirib, amma ölkəyə nə zaman dönə biləcəyi və ya dönüb-dönməyəcəyi haqda məlumat verməyib. 

Bəzi məlumatlarda Salehin bədəninin 40 faizdən çoxunun yandığı bildirilir. Səudiyyə Ərəbistanındakı bir mənbə isə prezidentin səhhətinin pisləşdiyinə dair xəbərlərin yalan olduğunu, yanıqlar üçün plastik cərrahiyə əməliyyatının keçiriləcəyini bildirib.


В этом разделе