Rusiya işğalçı dövlətin təhlükəsizliyini öz üzərinə götürdü

İrəvan

İki ölkənin müdafiə nazirləri bu barədə müvafiq protokol imzalayıb

Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb. "ANS PRESS"in “Novosti-Armeniya”ya istinadən məlumatına görə, sənəd iki ölkənin müdafiə nazirləri Anatoli Serdyukov və Seyran Ohanyan arasında imzalanıb.

Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər protokolda öz əksini tapıb. Əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa, indi bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb. Ən önəmli və Azərbaycanın milli təhlükəsizlik maraqlarına aidiyyəti olan məqam ondan ibarətdir ki, Rusiya hərbi bazası Ermənistan ordusu ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür. Bu məqsədlə Rusiya tərəfi Ermənistanı müasir silahlar və xüsusi hərbi texnika ilə təchiz edəcək. Rusiya hərbi bazasındakı hərbi qüvvədən istifadə edilməsi ikitərəfli razılaşmalar əsasında reallaşdırılacaq.

В этом разделе