Rusiya İrana qarşı qadağaların tətbiqinə qarşıdır

Andrey Nesterenko: "Bu, ölkədə yaşanan hadisələrin arzuolunmaz inkişafına gətirib çıxara bilər"

Rusiya Federasiyası İrana qarşı ölkədə keçirilən prezident seçkilərindən sonra yaranan daxili siyasi problem ilə əlaqədar qadağaların tətbiqini dəstəkləmir. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko bəyan edib. 

"Biz seçkilərlə bağlı bütün məsələlərə İranın daxil işi kimi baxırıq. Bütün fikir ayrılıqları ölkə qanunvericiliyinə müvafiq nizamlanmalıdır. Bu ölkəyə qarşı qadağaların tətbiq edilməsini qanunsuz və qeyri-məhsuldar üsul hesab edirik. Bu, ölkədə yaşanan hadisələrin arzuolunmaz inkişafına gətirib çıxara bilər", - deyə Nesterenko Rusiyanın bu məsələ ilə bağlı mövqeyini bildirib. /ANS PRESS/


В этом разделе