Rusiya: "Ben Laden sağdır"

Rusiyanın Xüsusi xidmətlərinin rəyinə əsasən, "Əl-Qaidə" lideri Üsamə ben Laden sağdır.

İslam-Azeri.az İnternet qəzetinin Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Rusiya prezidentinin beynəlxalq terror və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri üzrə xüsusi nümayəndəsi Anatoli Safonov çıxış edib.

Daha öncə dünyanın bir sıra KİV-i bir nömrəli terroorçunun ölümü xəbərini yaymışdılar. Onların ehtimallarına görə ben Laden Əfqanıstan və ya İraqda bomba partlaması nəticəsində məhv edilib.

В этом разделе