Dünya xristianları milad bayramını qeyd etdi
Dünən xristian aləmində milad bayramı qeyd edilib. Bayram ayini  Vatikanda Müqəddəs Pyotr kilsəsində başlayıb. Roma papası 16-cı Benedikt  bütün dünya xristianlarının müqəddəs bayramını təbrik edib. Roma papası  bayram ayini zamanı xristianları bu müqəddəs bayramı  kommersiyalaşdırmaqdan çəkinməyə çağırıb. Pontifik vurğulayıb ki, «üzdə  olan parıltının altında» xristianlar üçün bu bayramın əsas mahiyyətini  görmək lazımdır. Katoliklər və protestant kilsələrinin davamçıları isə  milad bayramını dekabrın 24-də deyil, 25-də qeyd edirlər- "anspress" "accociated press"ə istinadən xəbər verir.
 
 Bütün dünyadan minlərlə dindar və turist Yaxıq Şərqə, İsa peyğəmbərin  anadan olduğu ehtimal edilən Vifliyemə səfər edib. Vifliyemdə möhtəşəm  milad ayini keçirilib. Ayin zamanı Qüdsün latın patriarxı Fuad Tual  bütün Yaxın Şərqə sülh arzulayıb. Patriarx qeyd edib ki, Suriya, İraq və  Şimali Afrika ölkələrinə sülhün qayıtması üçün dua edir. 
 
 Amerika Birləşmiş Ştatlarında da milad bayramı təntənəli şəkildə qeyd  edilib. ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama bütün həftə  boyu radio və İnternet vasitəsilə ölkə əhalisinin bayramını təbrik  edərək, İraq və Əfqanıstanda xidmət etmiş Amerika hərbçilərinə xüsusi  təşəkkür mesajı göndəriblər.
 
 Əfqanıstanda xidmət edən Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri isə  milad bayramını paytaxt Kabildəki NATO bazasında yaradılmış kilsədə qeyd  ediblər. Bayram ayinlərinə qatılan hərbçilər bu günü ailələri ilə  keçirməyi arzuladıqlarını deyiblər. 
 
 Milad bayramı Şərqi Asiya ölkələrində də qeyd edilib. Tayvanda minlərlə  adam milad ərəfəsi paradında iştirak etmək üçün paytaxt Taypeyin  küçələrinə çıxıb. Tayvan əhalisinin əksəriyyəti buddist olsa da,  xristian bayramları burada getdikcə məşhurlaşır. Şəhər polisi paradın  önünə gedib, Santa Klaus geyimində olan insanlar isə parada tamaşa edən  izdizama şirniyyat paylayıblar. 2 saat davam edən parada akrobatlar və  milad nəğmələri oxuyan qruplar daha da rəng qatıb. Süni qar istehsal  edən maşın isə şəhərdə milad ab-havası yaratmağa kömək edib.














