Rəcəb Tayyip Ərdoğan: “Azərbaycan torpaqlarını işğaldan azad etsinlər, Ermənistanla sərhəd qapılarını açaq”

“Bizim Ermənistanla sərhəd qapılarını bağlamağımıza səbəb Azərbaycan torpaqlarının işğal edilməsidir. Bu səbəbi aradan qaldırsınlar, biz də qapıları açaq”. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan TRT-Türk kanalına açıqlamasında deyib.

Baş nazir bildirib ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrdə heç bir problem yoxdur. Baş nazir dezinformasiyaların çoxluğundan narahat olduğunu da söyləyib. 

Ərdoğan Ermənistanla əlaqələr məsələdə tarixi iddiaları qəbul etmələrinin mümküsüz olduğunu da deyib: Bu məsələdə bir səbəb və onun doğurduğu nəticə var. Dağlıq Qarabağ ermənilər tərəfindən işğal edilib. Bir milyona qədər azərbaycanlı zorla öz ata-baba yurdundan qovulub. Biz buna görə sərhəd qapılarını bağlamışıq. Səbəb işğal, nəticə isə qapıları bağlamağımızdır. Səbəbi aradan qaldırsınlar, biz də qapıları açaq”. /APA/


В этом разделе