Quran-Kərim Danimarkada ən çox satılan kitabdır

Dəyərlər" AİN-ə istinadən verilən xəbərə görə Danimarikada xristianların oxuduğu "Xristlayt Daqbleydid" qəzetində nəşr olunan araşdırmaya görə Danimarkada ən çox satılan kitab Qurani-Kərimdir. Belə ki, son bir ayda Danimarkada 5 mindən çox kitabı satılıb.
Araşdırmaya görə bu gün Danimarkada Qurani-Kərim dinindən aslı olmayaraq bayram günləri ən çox hədiyyə edilən kitabdır.

Tədqiqata əsasən Vandkunsten Nəşriyyatı yaranan təlabatı nəzərə alaraq bu yaxınlarda on min Quran kitabı çap edib.

Ekspertlərə görə buna səbəb son dövrlərdə Danimarkada daolaşan islamofobiyadır. Belə ki, müsəlmanların Danimarkadakı karikaturalara etirazı bu ölkədə yaşayan insanların İslama meylləndirir.

Belə ki, belə bir təcrübə Amerikada yaşanmışdı. 11 sentyabr hadisəsindən sonra Amerikada Quran satışları rekord həddə çatmışdı
.

В этом разделе