Qəzzafinin ordusu məscid dağıdıb

Müəmmər Qəzzafi

Üsyançılar mövcud rejimin muzdlu hərbçilərinin şəhərləri dağıtdığını iddia edirlər

Liviya diktatoru Müəmmar Qəzzafinin muzdlu hərbçiləri Breqa şəhərinin şərq və Əcdəbiyənin qərb girişinə qədər yaxınlaşaraq ərazini bombalayıb. Əcdəbiyyənin qərb girişində mövqe tutan üsyançılar isə şəhərin müdafiəsini davam etdirirlər-"ANS PRESS" "IHA"ya istinadən xəbər verir.
Əcdəbiyyənin şərq girişindəki məscidin Qəzzafi rejiminin muzdlu hərbçiləri tərəfindən bombalandığı, orada Quran’i Kərimin isə məhv edildiyi xəbər verilir. Həmin məsciddə dincələn və hazırlıq keçən üsyançılar bu barədə bildirib.

Üsyançıların sözlərinə görə muzdlu hərbçilər uşaq və qadınları qaçırıblar, qarşılarına çıxan hər şeyi dağıdıblar. Breqa, Əcdəbiyə və Ras Lanufdakı bütün evlər dağıdıldığı bildirilir.

В этом разделе