Qəzzafinin həyat yoldaşı və qızı ölkədən qaçıb

Müəmmər Qəzzafi

"Əl-Cəzirə" telekanalına inansaq, Liviya liderinin ailə üzvləri Tunisin Cerba adasında məskunlaşıb

Liviya lideri Müəmmər Qəzzafinin həyat yoldaşı Safiyə və qızı Ayşə ölkədən qaçaraq Tunisin Cerba adasına gedib. “Əl-Cəzirə” televiziya kanalının yaydığı məlumata görə, Liviya liderinin ailə üzvləri Tunisə ötən şənbə günü qaçıb-ANS PRESS "Euronews"a istinadən xəbər verir.

Qeyd edək ki, bundan öncə ölkənin neft naziri Şükri Qanemin Milli Keçid Şurasının tərəfinə keçərək Tunisə qaçması ilə bağlı xəbərlər yayılıb. Lakin Liviya hökuməti bu məlumatları təkzib etmişdi.

В этом разделе