Qəzzafinin həyat yoldaşı və qızı Belarusdadır

Müəmmər Qəzzafi

Liviya müxalifətinin Qətərdən yayımlanan telekanalı Müammər Qəzzafinin ailəsinin yeri ilə bağlı maraqlı məlumat yayıb

Telekanalın məlumatına görə, Liviya diktatorunun həyat yoldaşı və qızı Belarusdadırlar-ANS PRESS məlumat yayıb.

Xatırladaq ki, Müammər Qəzzafinin həyat yoldaşı və qızının mayın ortalarında Tunisə getdikləri bildirilirdi. Lakin Tunis tərəfi bu məlumatları təkzib edib. Qəzzafinin böyük oğlu Məhəmməd Müammər Qəzzafi isə avropalı yaxınları ilə Tunisin Cerba adasındadır. Bu barədə məlumatı “Al-Quds Al-Arabi” qəzeti yayıb. Məhəmməd Qəzzafi Liviyanın Olimpiya Komitəsinin rəhbəridir. O, həmçinin Liviya postuna rəhbərlik edir və ölkədəki iri mobil rabitə şəbəkəsinin sahibidir

В этом разделе