Qəzzafi tərəfdarları Zintan şəhərinə hücum edir

Qaniçən diktator mövqelərini möhkəmlədir

Müəmmər Qəddafinin nəzarətində olan hərbi birləşmələr Zintan şəhərinə hücuma başlayıb. "ANS PRESS"in “Frans Press”ə istinadlı məlumatına görə, şahidlər şəhərə 15 tankın müşayiəti ilə 40 ədəd zirehli texnikanın yaxınlaşdığını deyib. Şəhər müdafiəçilərinin mövqeləri artilleriya atəşinə tutulur.

Şəhər sakinləri müxalifət qoşunlarının silahlanmasının zəif olduğu üçün Müəmmər Qəddafinin ordusunun qarşısını ala bilməycəklərini deyir.

Bu arada Adjdabiya şəhərindən müxtəlif məlumatlar gəlir. Müəmmər Qəddafi tərəfdarları şəhərin onların əlində olduğunu iddia etsələr də, müxalifət bunun yalan olduğunu deyir. Qeyd edək ki, Adjdabiya şəhərinin Müəmmər Qəddafi tərəfdarlarının əlinə keçməsi Benqaziya daxil olmağa şərait yaradacaq.

В этом разделе