Qəzzafi ordusu 23 qiyamçını qətlə yetirdi

Misurata «Qrad» zərbələrinin ardı-arası kəsilmir

Liviya lideri Müəmmar Qəzzafiyə tabe olan ordu Misurat şəhərinə raket zərbələri endirib. Milli.Az xəbər portalının BBC-yə istinadən verdiyi məlumata görə, nəticədə 8 qiyamçı həlak olub. Faktı müxalifət rəhbərləri təsdiqləyib. Onlar şəhər uğrunda döyüşlərin davam etdiyini də bildirib. Milli.Az xəbər portalının «Reuters»ə istinadən verdiyi məlumata görə, şəhər uğrunda döyüşlərdə ölənlərin sayı 23 nəfərə çatıb. Nəticədə yüzlərlə şəhər sakini küçələrə axışaraq Qəzzafi qüvvələrinin əməllərinə etiraz etməyə başlayıb. Şahdlərin sözlərinə görə, Misurata «Qrad» zərbələrinin ardı-arası kəsilmir.

В этом разделе