Qəzza üçün fotoşəkil sərgisi keçirən misirli tələbələr dərslərdən kənarlaşdırılıb

Misir hökuməti Qəzza üçün fotoşəkil sərgisi təşkil edən tələbələri cəzalandırıb.

Misir mətbuatının yazdığına görə, müxtəlif universitetlərin tələbələri olan 54 ölkə vətəndaşı universitetlərdən “müvəqqəti qovulub”.

Qəzzanın yenidən qurulmasına öz təhfəsini vermək istəyən Misirin Qaft Şeyx Universitetinin tələbələri bu məqsədlə fotoşəkil sərgisi təşkil ediblər. Universitetdə fəaliyyət göstərən “Fələstin naminə Tələbələr Birliyi” tərəfindən keçirilən sərgi iştirakçıların razılığı ilə qarşılanıb. Birliyin nümayəndələri sərginin keçirilməsindən məqsədin digər tələbələri Qəzzada baş verənlərə dair məlumatlandırmaq və sərgidə satılan fotoşəkillərdən əldə edilən gəlirin Qəzzanın yenidən bərpası işində istifadə olunması üçün zolağa göndərmək olduğunu bildiriblər.

Ölkə mətbuatında dərc olunan xəbərlərə görə, tədbirdən xəbər tutan Misir hökuməti sözügedən universitetin 54 tələbəsini müvəqqəti olaraq, dərslərdən kənarlaşdırıb. /AzeriMuslims/


В этом разделе