Hərbi çevriliş planı Qətər Ali Şurasına üzv olan generallardan biri tərəfindən hazırlanıb
FaktXəbərin “timeturk.com” internet portalında yerləşdirilən məlumata görə, Qətər əmiri Həmad ibn Xəlifə əl-Saninin ölkədə olmamasından istifadə edən bir qrup yüksək rütbəli zabitlər hərbi çevriliş etməyə cəhd ediblər. Avropa ölkələrindən birində tətildə olan iqtidardakı əs-Sani ailəsinin üzvləri təcili paytaxt Dohaya qayıdıblar. Hərbi çevrilişin əmirliyin Ali Şurasının üzvü olan generallardan biri tərəfindən həyata keçirilməyə çalışıldığı bildirilib. ldiriblər. Əldə edilən son məlumatlara görə, ölkədə dünən axşamdan etibarən sükut hakimdir. Hakimiyyət ölkə mətbuatından bu məsələni ümumiyyətlə işıqlandırmamasını tələb edib.