“Biz qan töküb işğal etdiyimiz torpaqlardan çıxmarıq”. Lent.az-ın məlumatına görə, bunu Türkiyənin “SHOW TV” telekanalında “Siyasət meydanı” proqramında qonaq olan erməni araşdırmaçı Harutyun Filyan deyib. Filyan həmin verilişdə Azərbaycanın millət vəkili Qənirə Paşayevanın opponenti olub. Q.Paşayeva erməni qonağa Azərbaycanın torpaqlarını öncə barış, sülh yolu ilə azad etmək istədiyini deyib: “İşğal etdiyiniz Azərbaycan torpaqlarından çıxın, Qars müqaviləsini tanıyın, biz barışın tərəfdarıyıq”.
Erməni araşdırmaçısı H.Filyan isə bunun mümkünsüz olduğunu deyib: “İstər Ermənistanla Türkiyə sərhədləri açılsın, istər açılmasın, istər türklərin ermənilərə qarşı törətdikləri soyqırım qəbul olunsun, istər olunmasın, biz Qarabağı geri verməyəcəyik. O torpaqlarda mənim qardaşım vuruşub qan tökübsə, biz ondan necə vaz keçə bilərik? Torpaqları geri verməkdən söhbət gedə bilməz”.
Erməni araşdırmaçının cavabında isə Q.Paşayeva “qanla almısınız, qanla da geri qaytararıq” cavabını verib: “Biz barış istəyirik, amma siz istəmirsiniz. Deyirsiniz qanla almısınız, geri verməyəcəksiniz. Çox az qalıb, narahat olmayın. Biz də o torpaqları sizdən qanla geri alacağıq. Bunu Ermənistanda hər kəsə söyləyə bilərsən”.
Daha sonra Q.Paşayeva ermənilərin Xocalıda törətdikləri soyqırımdan danışıb: “Zori Balayan həmin soyqırımın təşkilatçılarından biri olub. İnterpol vasitəsi ilə axtarışda olan həmin şəxsi Ermənistan müdafiə edib, vermədi. Zori Balayan “Ruhumuzun canlanması” kitabında azərbaycanlılara qarşı etdiyi vəhşilikləri anladıb, bununla qürur duyduğunu yazır. Bu vəhşiliklər hansı insanlığa sığır?”
Şəhriyar Əlizadə
P.S. Verilişin tam həcmini bu ünvanlardan izləyə bilərsiniz.
http://www.youtube.com/watch?v=aA6YwL9ripc
http://www.youtube.com/watch?v=LbleLe5Kffc
http://www.youtube.com/watch?v=agargJEuESw
http://www.youtube.com/watch?v=BjY4Ih14MIA
http://www.youtube.com/watch?v=tLmAOFuOeEw
http://www.youtube.com/watch?v=IezCSZAlO3M
http://www.youtube.com/watch?v=QnNCLoweZJI
http://www.youtube.com/watch?v=IoCZIQ14VmU
http://www.youtube.com/watch?v=414Qwcc3C7s
http://www.youtube.com/watch?v=DHLrLTYuuxI
http://www.youtube.com/watch?v=MGxG2Hi_Igg
http://www.youtube.com/watch?v=FOeSyogy72s
http://www.youtube.com/watch?v=nPPqqoKTEp4
http://www.youtube.com/watch?v=m0BYNk7Bto8
http://www.youtube.com/watch?v=1IQ-5b8lKMQ
LENT.AZ
Qənirə Paşayeva erməni araşdırmaçının cavabını verdi
“Biz də o torpaqları sizdən qanla geri alacağıq. Bunu Ermənistanda hər kəsə söyləyə bilərsən”